"MALİYYƏ SAVADLILIĞI" üzrə təlİm kursu

   Bu tədris kursu hər kəsin malik olduğu şəxsi pul vəsaitinə və maliyyə savadlılığına həsr olunub, lakin onları düzgün şəkildə idarə etməyi hamı bacarmır. 

  Əgər siz maaşdan-maaşa yaşayırsınızsa və pulunuzun daima hara getdiyini anlamırsınızsa, bu kurs sizin üçündür. Əgər artıq Siz büdcəniz haqqında düşünməyə başlamısınızsa və hər şeyi düzgün etdiyinizə əmin olmaq istəyirsinizsə, o zaman bu kurs sizə yenə də faydalı olacaq: burada xeyli faydalı məsləhətlər və sadə, lakin effektli lifehack-lar var.  

Nə üçün maliyyə cəhətdən savadlı olmaq lazımdır?

  • pulunuzu nəzarət altına almaq
  • gəlir və xərclərinizi, aktiv və passivlərinizi optimallaşdırmaq
  • xərcləri azaltmaq, pula qənaət etmək və pul toplamaq
  • şəxsi maliyyə məqsədlərini müəyyənləşdirmək
  • şəxsi maliyyə planınızı hesablamaq
  • maliyyəni planlaşdırarkən səhvlərin olma ehtimalını minimuma endirmək
  • şəxsi və ailə büdcələrini təşkil etmək və idarə etmək 

Kurs zamanı siz aşağıdakıları öyrənəcəksiniz:

  • şəxsi maliyyə uçotunu aparmaq
  • gəlirlərə nəzarət etmək, xərcləri optimallaşdırmaq və pul toplamaq
  • şəxsi aktivləri və passivləri düzgün hesablamaq
  • maliyyə məqsədləri qoymaq və onlara nail olmaq
  • kreditlərdən düzgün istifadə etmək və lazımsız borclardan qurtulmaq
  • şəxsi büdcənizi effektli şəkildə planlaşdırmaq 


   Kurs 10 tematik dərsdən ibarətdir, hər bir dərsin müddəti təxminən 60 dəqiqə təşkil edir. Hər dərsdə həm nəzəri, həm də praktik hissələrə vaxt ayrılır. Kursun müəyyən mövzuları üzrə ev tapşırıqları veriləcək. Kursun formatı birləşdirilmişdir, dərslərin həm əyani, həm də distant şəkildə keçirilməsi mümkündür. 

   Kurs ərzində real həyat nümunələri əsasında şəxsi maliyyəyə necə nəzərət etməyi göstərməklə yanaşı, həm də sizin və yaxınlarınızın gələcəyinin asılı olduğu bu bacarığın nə qədər həyati əhəmiyyət daşıdığını sübut edəcəyik. Kurs zamanı əldə edəcəyiniz bütün bilik və bacarıqlar həyatınız boyu sizin üçün çox faydalı olacaq. 

Yaxşı, vaxt itirmədən başlayaq!