Fərdi konsultasiyalar iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə müştəriyə doldurulması üçün xüsusi maliyyə anketi təqdim olunur, anket doldurulduqdan sonra ona dair bütün suallar və təfərrüatlar müzakirə olunur. İkinci mərhələdə şəxsi pul vəsaitlərinin idarə olunması ilə bağlı xüsusi konsultasiyalar aparılır və müştərinin maliyyə vəziyyəti ilə bağlı fərdi məsləhət və tövsiyələr verilir. Anketin təhlili və konsultasiyalara hazırlaşmaq üçün birinci və ikinci mərhələ arasında ən azı 5 iş günü ayrılır. Konsultasiyaların hər mərhələsi üçün 1 saat, ümumilikdə konsultasiya 2 saat ayrılır. Konsultasiya başa çatdıqdan 2 həftə sonra nəticələr yoxlanılır. Bütün kommunikasiyalar onlayn şəkildə həyata keçirilir (WhatsApp, Zoom və s.).
*Konsultasiyalar zamanı müştəri tərəfindən verilən bütün məlumatlar məxfi saxlanılır və yalnız təhlil və bu məlumatı təqdim etmiş şəxsə konsultasiyaların verilməsi məqsədilə istifadə edilə bilər.